Accessibility links

Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir


Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Moskva keçən həftə Mumbayda terror hücumlarının araşdırılması ilə bağlı Hindistana və dünyada terrorizmə qarşı mübarizəyə kömək etməyə hazırdır. Cənab Medvedev bu açıqlamanı bu gün Dehliyə səfərindən öncə Hindistan televiziyasında müsahibəsi zamanı verib.

Rusiya prezidenti Hindistanla müdafiə və nüvə enerjisi sahələrində əlaqələrin gücləndirilməsi məqsədilə rəsmi səfərlə Hindistandadır. Cənab Medvedev bu gün Hindistanın baş naziri Manmohan Sinqhlə nahar edəcək və cümə günü yüksək səviyyəli danışıqlar aparacaq. Dmitri Medvedev bildirib ki, Rusiya Hindistanla hərbi sahədə əməkdaşlığı gücləndirməyə hazırdır.

XS
SM
MD
LG