Accessibility links

Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır


Pekində keçirilən Strateji İqtisadi Dialoq adlanan yüksək səviyyəli müzakirələrin açılışında Çinin baş nazir müavini Vang Qişan ABŞ-ı Çinin Amerikadakı hesablarının qorunmasına səsləyib. Çinin Amerikanın maliyyə anbarlarında 3 trilyon dollar məbləğində vəsaiti saxlanılır. Çinin baş nazir müavini deyib ki, Çin daxili tələbatın artırılması və iqtisadi artım modelinin dəyişdirilməsi istiqamətində addımlar atır. Bu yaxınlarda Çinin elan etdiyi 586 milyard stimullaşdırma paketi ictimai layihələrin həyata keçirilməsinə sərf ediləcək. Bunun məqsədi yeni iş yerlərinin açılmasıdır. İki günlük yığıncaqda iştirak edən ABŞ-ın nümayəndə heyətinə Amerikanın maliyyə naziri Henri Polson başçılıq edir. Nazir Çini Amerikanın Pekinlə qlobal sistemin gücləndirilməsində birgə fəlaiyyət göstərəcəyində əmin etməyə çalışıb.

XS
SM
MD
LG