Bu gün Danimarkada səfərdə olan ABŞ dövlət katibi Kondoliza Rays prezident Muqabenin vəzifəsindən istefa prosesinin uzandığını deyib. Onun bu çağırışı Cənubi Afrika ölkəsində iqtisadi tənəzzül və humanitar böhranın artmasına təsadüf edir.
Bu il seçki zorakılıqları, müxalifət və onun tərəfdarlarına qarşı təzyqilər, iqtisadi tənəzzül və baş qaldıran xolera səbəbi ilə Zimbabvedə siyasi böhran daha da dərinləşib. Zimbabvedə səhiyyə sisiteminin dağılması səbəbi ilə xəstəliklə mübarizə mümükün deyil. Ölkədə fövqəladə vəziyyət qüvvədədir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən Zimbabvedə artıq 600 insan bu epidemiyaya yoluxub.
Avropa Birliyi bazar ertəsi Muqabe hökumətinə təzyiqlərin artırılacağını elan edərək, hakimiyyət bölüşdürülüməsi prosesinin ədalətli olmadığı təqdirdə Zimbabveyə qarşı sanksiyaların artırılacağını bildirib.