Accessibility links

Iran prezidenti ölkənin islahatçı partiyası tərəfindən kəskin tənqid edilib


İranın əsas islahatçı partiyası prezident Mahmud Əhmədinejadın iqtisadi sahədə fəaliyyətlərini tənqid edib. İran İslam İştirak Cəbhəsinin illik iclasında partiyanın lideri Möhsen Mirdamadi prezidenti həm xarici, həm də iqtisadi siyasətini kəskin tənqid atəşinə tutub. Partiya keçmiş prezident Məhəmməd Xatəminin cənab Əhmədinejada gələn il prezident seçkilərində rəqabət yaradacağına ümid bəsləyir. Cənab Xatəmi seçkilərə qatılacağını deməyib. Məhəmməd Xatəmi bildirib ki, İran öz büdcəsini neftin bir barrel üçün qiymətini 30 dollardan hesablayaraq tərtib etməlidir.

XS
SM
MD
LG