Accessibility links

Kərkükdə intiharçı hücumu olub


İraq rəsmiləri deyir ki, Kərkük şəhərində intiharçının hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 9 nəfər isə yaralanıb. Rəsmilərin sözlərinə görə, hücum yeni polisləri hədəf alıb. Bununla yanaşı, ABŞ ordusu deyir ki, koalisiya qüvvələri son 2 gün ərzində İraqın mərkəzində Əl-Qaidə döyüşçülərini hədəf alan əməliyyatlar zamanı 18 şübhəlini həbs edib. Hərbi bəyanatda deyilir ki, Əl-Qaidənin Bağdad şəbəkəsinin lideri olduğu ehtimal edilən bir şəxs bu gün səhər ələ keçirilib. Dünən Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandiri, general Rey Oderno bu gün iki ölkə arasında təhlükəsizlik paktının imzalanmasından sonra Amerika hərbi qüvvələrinin İraqdakı fəaliyyətlərində dəyişikliklər ediləcəyini bildirib.

XS
SM
MD
LG