Accessibility links

'İranın nüvə ambisiyalarını dayandırmaq səyləri boşa çıxıb'


Beynəlxalq Atom Enerji Agentliyinin sədri Məhəmməd Əl Baradeinin sözlərinə görə, İranın nüvə ambisiyalarını dayandırmaq səyləri boşa çıxıb. Cənab Baradei “Los Angeles Times” qəzetinə deyib ki, dünya ictimaiyyəti bu istiqətdə bir addım da ata bilməyib. O, verdiyi müsahibədə sanksiyalardan istifadənin İranın mövqeyinin daha da sərtləşməsinə səbəb olduğunu deyib. Nüvə agentliyinin sədrinin sözlərinə görə, hazırkı hakimiyyəti sevməyən iranlılar ölkələrinin mühasirəyə alındığını görüb, bu rejimi dəstəkləyirlər. ABŞ və onun Qərbdəki müttəfiqləri İranı nüvə proqramını nüvə silahı əldə etmək üçün davam etdirməkdə günahlandırırlar. İran isə təkidlə bu proqramın dinc mahiyyət daşıdığını bildirir.
XS
SM
MD
LG