Dünya Azərbaycanlıları Konqresi İranda yaşayan müxtəlif xalqların milli haqlarının bərpasına nail olmaq məqsədilə birgə konsepsiyanın hazırlayır. Bu barədə Konqresin həmsədri Firudin Pərvizniya “Amerikanın səsi”nə müsahibəsində məlumat verib.Cənab Pərvizniya bu günlərdə Amerikanın səsinin Azərbaycan redaksoyasının qonağı olub. Onunla müsahibəni Ələkbər Raufoğlu aparıb.
Sual: İrandakı Azərbaycan türklərinin hansı problemləri hazırda aktualdır və onların həlli istiqamətində diaspor nə edə bilir?
Cavab: Hazırda İran Azərbaycanında insanlarımız cətinliklə də olsa, təşkilatlanırlar. Baxmayaraq ki, Tehran rejiminin təzyiqləri çox ağırdır, buna rəğmən universitetlərdə və hətta məktəblərdə azərbaycanlıların təşkilatlanma prosesi davam etməkdədir. Həm əvvəlki təcrübələr, həm də yeni texnolojiya bu işdə öz rolunu oynayır. Digər tərəfdən, əvvəlkilərdən fərqli olaraq, bu dəfə insanlar öz fəalliylərini rejimin taktikalarına uyğun olaraq hazırlıqlı şəkildə qururlar. Məsələn bilirik ki, hər il 21 Azər hərəkatı ərəfəsində təhlükəsizlik qüvvələri evlərə gələrək, xüsusi fallıq göstərən və göstərməyən azərbaycanlıların əksəriyyətini həbs edir və sonra buraxırlar. Bizim insanlar isə artıq bunları nəzərə alır və indi əks taktikalarını qururlar. O ki qaldı diasporaya, əlbəttə ki xaricdəki təşkilatlar olaraq bizim boynumuzda böyük məsuliyyət var ki, bu hərəkatın səsini beynəlxalq müstəviyə çıxaraq və elə edək ki, aramızda birlik olsun. Çünki hədər birdir. Hətta İranda haqqı yeyilən digər millətlərlə də işbirliyimiz var. Onlarla əməkdaşlıq üçün təzə konsepsiya hazırlayırıq. Bu, bizin əməkdaşlığımızın yeni formasını təşkil edəcək.
Sual: Demək istəyirsiniz ki, İranda mütləq əksəriyyət təşkil edən Azərbaycan türkləri ilə digər etniklər vahid konsepsiya əsasında fəaliyyət göstərəcəklər? Bu ideya hansı zərurətdən ortaya çıxıb?
Cavab: Yeni konsepsiya o formada ki, əslində onların da məsələsi bizimki kimidir. Onlar da istəyirlər ki, öz dillərində yazıb-oxuyalar, öz hüquqlarını alalar. Amma hazırda özümün tam təşkilatlanırıq. İstəyirik ki birlik olsun. Bu, hamının istəyidir. Konkret olaraq konsepsiya ilə bağlı indi bizdən onlara təklif getməlidir. Bu, hazırlanır. Çünki biz mütləq əksəriyyətik və demokratiyada da həmişə belə olur.
Sual: Bəzən kənardan belə təəssürat yaranır ki, İran azərbaycanlıları öz haqları uğrunda mübarizədə ildə iki dəfə, belə deyək də, canlanırlar: Bəzz yürüşü və 21 Azər ildönümləri zamanı. Amma buna baxmayaraq, fəal hərəkat fəallarınını həbsi və təqibi ilboyu davam edir. Sizcə nədən belədir?
Cavab: Məsələ ondadır ki, İranın gələcəyi ilə bağlı bütün faktorlar azərbaycanlılarla birbaşa əlaqədardır. Bunaz görə də əsas təzyiqlər hamıdan çox azərbaycanlılara edilir. Çünki hər yerə səpələniblər. Məsələn Tehranda 7 milyon Azərbaycan türkü yaşayır və onlar şəhərin iqtisadiyyatına nəzarət edirlər. Əslində bunun özü də ayrıca hərəkatdır. Və proses uzandıqca, təbiidir ki bu təzyiqlər daha da artacaq. Ona görə də bu rejim tez-gez çökməlidir. Və bu səbəbdəndir ki, indi hakimiyyətdə qalmaq üçün Əhmədinejad bütün vasitələrə əl atır. Dindən, insanların inamından istiadə edirlər. Biz isə buna cavab verməyə hazırıq.
Sual: Belə çıxır ki, artıq İrandakı milli hərəkat siyasi hərəkata çevrilməkdədir.
Cavab: Hər halda, yolumuz məlumdur. Və bizim əlimizdə konkret şüarlar, konqret tələblər də var. Qalır təkcə konsepsiya, o da tezliklə olacaq.