Accessibility links

İraqda Baquba şəhərinin meri bomba hücumu zamanı yaralanıb


İraq polisi bildirir ki, bu gün Baqubada bomba partlayışı nəticəsində şəhərin meri də daxil olmaqla, 35 adam yaralanıb. Təhlükəsizlik rəsmiləri yaralananların çoxunun polis və ərazidə keşik çəkən insanlar olduğunu bildirirlər.

Şənbə günü Baqubadan şimal-şərqdə Diyala vilayətində puqu zamanı ABŞ-la müttəfiq İraq qüvvələrinin azı üç mühafuzəçisi həlak olub.

Bu arada, ABŞ hərbi qüvvələri koalisiya qüvvələrinin İraqda Əl-Qaidə təşkilatının üzvü olduğundan şübhəli bilinən 13 şəxsi həbs edib. Hərbi qüvvələrin açıqladığı bəyanatda deyilir ki, rəsmilər şübhəli bilinənləri bu gün Bağdad ətrafında və Mosulda aparılan əməliyyatlar zamanı saxlayıblar.

XS
SM
MD
LG