Accessibility links

Əfqanıstanda polis və taliban arasında döyüş zamanı 9 yaraqlı öldürülüb


Əfqanıstan polisi və taliban arasında döyüdə azı 9 yaraqlının öldüyü bildirilir. Əfqanıstan rəsmilərinin bildirdyinə görə, yaraqlılar ölkənin cənubunda Helmənd vilayətində polis yoxlama məntəqəsinə şənbə günü hücum ediblər. Döyüş zamanı dörd yaraqlı və üç polis zabiti yaralanıb. Vilayət qubernatorunun sözçüsü deyib ki, polis toqquşmadan sonra iki taliban döyüşçüsünü həbs edib.

Bu arada, bu gün televiziya müsahibələri zamanı ABŞ prezidenti seçilmiş Barak Obama deyib ki, Birləşmiş Ştatlar əməliyyatların daha təsirli olması üçün Əfqanıstanda inkişafa nail olmaq istiqamətində daha çox iş görməlidir.

XS
SM
MD
LG