Accessibility links

İran Oman dənizində yeni raket sınağı keçirdiyini bildirir


İran Oman dənizində həyata keçirdiyi 6 günlük donanma təlimləri zamanı yeni raketi sınaqdan keçirdiyini deyir. İranın dövlət radiosu bu gün xəbər verib ki, şənbə günü hərbçilər İran-Pakistan sərhədi yaxınlığında orta mənzilli raketi sınaqdan keçiriblər. İran donanma təlimlərinin ötən həftə başladığını elan etmişdi.

Bu arada, yenicə ABŞ prezidenti seçilmiş Barak Obama İranın nüvə proqramını dayandırmaq üçün iqtisadi güzəştlər paketi təklif etməyə hazır olduğunu bildirib. Bu gün NBC telekanalına müsahibə verən cənab Obama habelə xəbərdarlıq edib ki, əgər İran boyun qaçırsa, o zaman beynəlxalq ictimaiyyət sanksiyaları daha da sərtləşdirəcək.

XS
SM
MD
LG