Accessibility links

Gürcüstanın iki müxalifət partiyası alyans təşkil edib


Gürcüstanın iki müxalifət- Respublikaçılar və Yeni Hüquqlar Partiyası hazırkı hakimiyyətə alternativ qüvvə kimi alyans təşkil etdiklərini bildiriblər. Partiya liderləri arasında razılıq bu gün imzalanıb. Tərəflər növbədənkənar parlament və president seçkilərinin təşkilinə söz veriblər. Alyansın yekun proqramı ayın sonunda hazır olacaq. Respublikaçılar patiyasının lideri Davit Usupaşvili deyib ki, yeni təşkil edilən qrupa lider kimi Gürcüstanın BMT-dəki sabiq nümayəndəsi İrakli Alasania ilə məsləhətləşəcək.

Bu arada Gürcüstanın yeni xariçi işlər naziri Qriqol Vaşadze ölkəsinin Rusiya ilə müstəqillik, suverenlik və ərazi bütövlüyündən başqa, hər bir məsələni müzakirə etməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG