Accessibility links

Barak Obama  bu gün Çikaqo şəhərində  Al Qorla görüşür


ABŞ-ın növbəti prezidenti Barak Obama vitse-prezident seçilən Co Baydenlə birgə bu gün Çikaqo şəhərində sabiq vitse-prezident, Nobel mükafatı laureatı Al Qorla görüşür. Obamanın sözçüsünün bildirdiyinə görə, görüş zamanı iqlim dəyişikliyi, enerji, iqtisadi stimullaşdırma və yeni iş yerlərinin açılışı kimi məsələlər müzakirə ediləcək. Seçkiqabağı kampaniyası zamanı Barak Obama iqlim dəyişikliyi barədə sənədli “Narahatedici həqiqət” filminin müəllifi Al Qorun təcrübəsinə etibar etdiyini demişdi. Həmin filmə görə Al Qor 2007-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdü. Prezident Bill Klintonun hakimiyyəti dövründə iki dəfə vitse-prezident kimi xidmət göstərən Al Qor 2000-ci il prezident seçkiləri zamanı Corc Buşa məğlub olmuşdu.

XS
SM
MD
LG