Şimali Koreyanın nüvə proqramının amerikalı müzakirəçisi Kristofer Hill Pekin danışıqlarının heç bir nəticə vermədiyini deyib. ABŞ-ın dövlət katibinin yardımçısı Çin tərəfindən irəli sürülən təklifə dair razılıq əldə edilməyib. Çinin təklifinə Pxenyanın nüvə proqraqmı ilə bağlı iddialarının beynəlxalq müfəttişlər tərəfindən araşdırılma aparılması daxildir. Amerika Birləşmiş Ştatları Şimali Koreyanın iddia etdiyi kimi nüvə proqramını dayandırıldığının sübuta yetirilməsi üçün nüvə obyektindən nümunələr götürülməsinə təkid edir. Pxenyan isə buna öncədən icazə verdiyini inkar edərərk, yoxlanışı suverenliyinə hədə adlandırır.