Accessibility links

Bu gün Beynəlxalq İnsan Haqları günüdür


ABŞ prezidenti Corc Buş bu gün Beynəlxalq İnsan Haqları günü münasibətilə Sudanın Darfur regionu, habelə Çin, Birma, Misir və başqa ölkələrdən fəallarla görüşür. Ağ Evin mətbuat katibi bildirib ki, cənab Buş əvvəlcə Darfurda baş verənlərlə tanış olmaq məqsədilə həkim və yazıçı Həlimə Bəşirlə ofisində görüş keçirəcək. Bəşir Darfurda həyat haqda kitabın həm-müəllifi olmaqla yanaşı, regionda baş vermiş vəhşiliklər haqda beynəlxalq aləmə səs salmışdır. Cənab Buş bununla yanaşı, Misir və Venesuelada insan haqları fəalları ilə tele-konfrans keçirəcək. Daha sonra isə ABŞ prezidenti Ağ Evdə Birma, Iran, Çin, Kuba və Belarusdan fəallarla görüşəcək.

XS
SM
MD
LG