Accessibility links

ABŞ Konqresi avtomobilqayırma sənayesinə yardım paketini səsə qoymağa yaxındır


ABŞ qanunvericilərinin tənəzzüldə olan avtomobilqayırma sənayesinə 15 milyon dollarlıq yardım planını səsə qoymağa yaxın olduğu deyilir. Bununla belə, demokratlar və respublikaçılar arasında həllini tapmamış məsələlər ətrafında hələ də mübahisələr gedir.

Nümayəndələr Palatasında qanunun səsverməyə bu gün çıxarılması mümükündür. Əgər qəbul edilsə, sənəd Senatda respublikaçıların ciddi etrazı ilə qarşılaşa bilər. Respublikaçılar deyir ki, planda avtomobilqayırma sənayesində islahat aparılması kifayət qədər əksini tapmayıb.

Buş administrasiyası və Konqresdə demokrat liderlər arasında General Motors və Kraysler şirkətlərinin gələn bir neçə ay ərzində biznesi davam etdirə bilməsi üçün təcili borc verilməsinə dair kövrək razılıq əldə olunub. Ford Motor şirkəti də hökumətin ayırdığı maliyyədən istifadə edə biləcək, lakin birbaşa borc almayacaq.

XS
SM
MD
LG