Accessibility links

İranda insan haqları fəalının İtaliyaya səfər etməsinə icazə verilməyib


İran rəsmiləri tanınmış insan haqları fəalının mükafatını almaq üçün İtaliyaya səfər etməsinə icazə verməyib. Nəsrin Sotudeh deyir ki, o, Tehran hava limanında saxlanılıb və polis qeyri-qanuni şəkildə onun pasportunu müsadirə edib. Sotudeh Beynəlxalq İnsan Haqları qrupunun mükafatını almaq üçün İtaliyaya gedirdi. Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin başçılıq etdiri İnsan Haqları Müdafiəçiləri təşkilatının üzvü İranda qadınların geniş insan hüquqları ilə təmin olunması üçün İnternetdə imza toplama kampaniyasında iştirak etdiyinə görə həbs edilən fəalları müdafiə edir. Beynəlxalq İnsan Haqları qurumu habelə onu uşaqların hüquqlarının müdafiəsi, xüsusilə də, ölüm hokmü çıxarılan yeniyetmələrin hüquqlarını müdafiə etdiyinə görə mükafatla təltif edib.

XS
SM
MD
LG