Accessibility links

İraqda 45 nəfər həlak olub


İraq polisi deyir ki, Kərkük şəhərinin şimalında restoranda həyata keçirilən hücum nəticəsində 45 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bomba bu gün Kərkükdən təxminən 10 kilometr aralıda yerləşən “Abdulla” restoranında işə düşüb. Ən azı 90 nəfərin xəsarət aldığı bildirilir. Polis bildirir ki, bu gün Qurban bayramının son günü olduğundan restoran həmişəkindən daha basırıq olub və çox saylı insan bayramı qeyd etmək üçün bir yerə toplaşıb. Verilən məlumatlara görə, bir çox hökumət rəsmiləri də restoranın içərisində olub. Bu son ay ərzində İraqda baş verən ən böyük hücumlardan biridir. Əhalisini əsasən kürdlərin təşkil etdiyi Kərkük etnik cəhətdən rəngarəng region sayılır.

XS
SM
MD
LG