Accessibility links

Əfqanıstanda 3 mülki vətəndaş öldürülüb


Əfqanıstanın cənub-qərbində NATO qoşunları xəbərdarlıq atəşinə məhəl qoymayaraq sürət həddini aşan avtobusu atəşə tutub. Nəticədə avtobusun içərisində olan 3 nəfər mülki vətəndaş həlak olub. Alyansdan bildirilir ki, Kabildən Qəndəhara gedən avtomagistralın üzərində avtobus NATO qüvvələrinə doğru hərəkət edən zaman əsgərlər xəbərdarlıq atəşi açıb. Avtobusun bundan sonra da hərəkətini dayandırmaması, qüvvələrin özünü müdafiə üçün atəş açması ilə nəticələnib. Hadisə zamanı 10 nəfər yaralanıb. Qeyd edək ki, beynəlxalq qüvvələrin hücumu nəticəsində mülki vətəndaşların da ölməsi Əfqanıstan hökuməti ilə Qərb dövlətləri arasında gərginliyə səbəb olub.

XS
SM
MD
LG