Demokratların çoxluq və respublikaçıların isə azlıq təşkil etdiyi ABŞ Senatında maşınqayırma sənayesi üçün maliyyə yardımı planı barədə razılıq əldə edilməyib. Çoxluğun lideri Harri Reyd bu uğursuzluğu ölkə üçün böyük itki adlandırıb. Buş administrasiyası xilas planının baş tutmamasını məyusedici adlandıraraq bildirib ki, bu, nizamsız müflisləşmənin qarşısını almağın ən yaxşı yolu idi. Demokratlar administrasiyanı avtomobil istehsalçılarına kömək üçün maliyyə sənayesinin xilası məqsədilə ayrılması nəzərdə tutulan 700 milyard dollar vəsaitin bir hissəsini yayındırmağa çağırıb. Ağ Ev rəsmiləri variantları dəyərləndirdiklərini bildiriblər .