Accessibility links

Papadopulos öldü


Yunan Kiprinin sabiq prezidenti Tasos Papadopulos dünyasını dəyişib. Cənab Papadopulos bu gün vəfat edib. O, agciyər xərçəngindən əziyyət çəkirdi. Ötən ay vəziyyəti agırlaşmış sabiq prezidenti Lefkoşa xəstəxanasına yerləşdirmişdilər.

74 yaşlı Papadopulos 2003-cü ildən Yunan Kiprinə rəhbərlik edib. Bu ilin fevral ayında keçirilmiş seçkilər zamanı isə o, rəqibi Dimitris Hristfiasa məğlub olub.

Papadopulosun prezidentliyi dövründə yunanlar Annan planını rədd ediblər və bundan sonra Kipr Respublikası Avropa Birliyinə üzv qəbul edilib. 4 uşaq atası olan Papadopulos ixtisasca vəkil idi.

XS
SM
MD
LG