Accessibility links

Qordon Braun Əfqanıstandadır


Böyük Britaniya baş naziri Qordon Braun Əfqanıstan prezidenti Həmid Karzai ilə danışıqlar aparmaq üçün gözlənilmədən Kabilə səfər edib. Cənab Braun bu gün Əfqanıstana çatıb. O, Kabilə səfər etməmişdən öncə Helmənd vilayətindəki Britaniya qoşunlarına baş çəkib. Baş nazirin səfəri Helmənddə Britaniya əsgərlərinin həlak olmasından bir gün sonraya təsadüf edir. Hadisə 13 yaşlı intiharçı uşağın hücumu nəticəsində baş vermişdi. Cənab Braun Talibanı bu cür taktikadan istifadəyə görə məhkum edib.

XS
SM
MD
LG