Moskva polisi müxalifət lideri və şahmat üzrə keçmiş dünya çempionu Qarri Qasparovun təşkil etdiyi anti-Kreml etiraz aksiyasında iştirak etməyə hazırlaşan 25 nəfəri həbs edib. Kasparovun “Başqa Rusiya” hərəkatı nümayişin keçirilməsinə icazə verilməməsinə baxmayaraq bu gün Moskvanın mərkəzində yürüş təşkil etməyə söz vermişdi. Etirazçılar Moskva meydanında həbs edilib. Kasparovun “Narazılar yürüşü” adlandırdığı bu nümayişin oradan başlaması planlaşdırılmışdı. Şahidlər deyir ki, polis meydanı əhatəyə alıb və nümayişçilər ora daxil olmaq istəyəndə onları həbs edib. Müxalif veb səhifə “kasparov.ru” saytı saxlanılanlar arasında hərəkatın həmtəsisçisi Eduard Limonovun da olduğunu yazıb.