Accessibility links

Türkmənistanda parlament seçkiləri keçirilir


Türkmənistanda vətəndaşlar parlament seçkilərində səs verirlər. Yerli hökumət bu səsverməni demokratiya istiqamətində addım kimi qiymətləndirsə də, tənqidçilər seçkilərin saxtalaşdırıldığını bildirir. Rəsmilər deyir ki, təxminən 2 milyon seçici bu gün günorta saatlarına kimi səs verib. Parlamentdə 125 yer uğrunda mübarizə aparan namizədlərin çoxu ya prezident tərəfdarı Türkmənistan Demokrat partiyasının ya da dövlətin nəzarətində olan qrupların nümayəndələridir. BMT bildirib ki,təşkilatın müşahidəçiləri ABŞ və Avropadan olan monitorlara qoşularaq seçkiləri müşahidə edəcək. Qeyd edək ki, Post Sovet respublikası sabiq ömürlük prezident Saparmurat Niyazovun vəfatından sonra özünü-təcriddən qurtulmağa çalışır.
XS
SM
MD
LG