Yunanıstan
15 yaşlı oğlanın öldürülməsindən sonra başlayan etiraz aksiyalarının ikinci
həftəsinə hazırlaşır. Protestlərin 8-ci
günündə Afinada iğtişaşlar davam edib.
Rəsmilər deyir ki, gənc adamlardan ibarət qrup polis məntəqəsinə, ətraf
mühit nazirliyi binası, Exarxiya rayonundakı mağazalar və banklara odlu
bombalar atmışdır. Son zorakılıqlar
Salonikada qətlə yetirilmiş oğlanın xatirəsinə dinc şam-yandırma mərasimindən
sonra baş verib. Ötən Şənbə günündən
başlayan aksiyalar Yunanıstan iqtisadiyyatı, təhsil sistemi və hökumət
korrupsiyası ilə bağlı qəzəb dalğasına çevrilib. Nümayişçilər baş nazir Kostas Karamanlisin
istefasını tələb edirlər.