Hindistan
baş naziri Manmohan Sinqh deyir ki, o, Pakistan əlaqələrin normallaşmasını
istəyir. Lakin bunun üçün Pakistan öz
ərazisindən terrorçuların Hindistana hücum məqsədilə istifadəsinə son
qoymalıdır. Cənab Sinqh bəyanatı bu gün
Hindistan Kəşmirində keçirilən seçki nümayişində açıqlayıb. Mumbay terror hücumlarından sonra iki ölkə
arasında gərginlik artıb. İslamabadda
səfərdə olan Britaniya baş naziri Qordon Braun Pakistanda demokratiyaya dəstək
və anti-terror səyləri məqsədilə 9 milyon dollar yardım ayıracağını vəd
edib. Cənab Braun Yeni Dehlidə cənab
Sinqhlə görüşdükdən sonra bu gün İslamabadda Pakistan prezidenti Asif Əli
Zərdari ilə bir araya gəlib.