Accessibility links

Corc Buş gözlənilmədən İraqa səfər edib


ABŞ prezidenti Corc Buş bu gün gözlənilmədən İraqa səfər edib. Bu, gələn ay səlahiyyət müddətini sona çatdıran cənab Buşun ABŞ qüvvələri rəsmiləri və İraq liderləri ilə prezident kimi son görüşü olacaq. ABŞ dövlət başçısı güclü təhlükəsizlik tədbirləri altında bu gün günorta Bağdada çatıb. Onun İraq prezident Cəlal Təlabani və baş nazir Nuri əl-Məliki ilə danışıqlar aparması gözlənilir. Ağ Ev rəsmisinin sözlərinə görə, prezident habelə İraq liderləri ilə görüşməyi, ABŞ qüvvələrinə təşəkkür etməyi və ABŞ-la İraq arasında bağlanmış təhlükəsizlik paktını qeyd etməyi planlaşdırır. Bu, 2003-cü ildə ABŞ qüvvələri İraqa göndəriləndən bəri cənab Buşun ölkəyə 4-cü səfəridir.

XS
SM
MD
LG