Accessibility links

Con Makkeyn Barak Obamaya kömək edəcək


ABŞ prezidentliyinə sabiq namizəd Con Makkeyn iqtisadi və təhlükəsizlik problemlərini həll etmək üçün prezident Barak Obama ilə əməkdaşlıq edəcək. Respublikaçı senator ABC telekanalına bu gün bildirib ki, ölkənin üzləşdiyi sınaqlar Respublikaçılar və Demokratlardan bir-biri ilə əməkdaşlıq etməyi tələb edir. Makkeyn həmçinin deyir ki, o, gələn ilin əvvəlində cənab Obama tərəfindən təqdim olunacaq iqtisadi stimul paketini dəstəkləməyə hazırdır. Cənab Makkeyn eyni zamanda Barak Obama ilə bir sıra məsələlərdə, ələlxüsus xarici siyasət məsələsində razılaşmadığı məqamları qeyd edib.

XS
SM
MD
LG