Accessibility links

Corc Buş Əfqanıstan prezidenti ilə görüşüb


ABŞ prezidenti Corc Buş Kabildə Əfqanıstan prezidenti Həmid Karzai ilə görüş zamanı Əfqanıstanda təhlükəsizlik səylərinin davam etdiriləcəyini bildirib. Cənab Buş cənab Karzaiyə deyib ki, o, Əfqanıstanda Taliban hərəkatına qarşı mübarizədə ABŞ-ın yeni administrasiyasına arxayın ola bilər. Birləşmiş Ştatların növbəti prezidenti Barak Obama yanvar ayında vəzifəsinin rəsmən icrasına başlayandan sonra Əfqanıstanda hərbi qüvvələrin sayını artıracaq.

Görüşdən sonra cənab Karzai prezident Buşa Əfqanıstanda bərpa işləri və narkotik maddələr alverinə qarşı mübarizədə səylərinə görə Qazi Əmir Amanulla Xan fəxri mükafatını təqdim etmişdir.

XS
SM
MD
LG