Accessibility links

Prezident Buşa ayaqqabı atan müxbir həbs edilib


İraq hökuməti prezident Buşa ayaqqabı atmış müxbiri həbs edib. İraq rəsmiləri jurnalist Müntəzir əl-Zəidinin hərəkətinə görə üzr istəmiş və onun işlədiyi Əl-Bağdadiyyə televiziyasının üzrxahlıq etməsini tələb etmişlər. Əl-Bağdadiyyə öz növbəsində jurnalistin azad edilməsinə çağırıb. Televiziya şəbəkəsi bildirib ki, əl-Zəidinin azad edilməsi ABŞ-ın bütün iraqlılara vəd etdiyi söz azadlığı prinsiplərinə müvafiq olardı. Səddam Hüseynin keçmiş baş vəkili Əl-Cəzirə şəbəkəsinə deyib ki, əl-Zaidini məhkəmədə müdafiə edə bilər. Bağdadın Sədr hissəsində və şiələrin müqəddəs şəhəri olan Nəcəfdə insanlar bu gün əl-Zəidinin azad edilməsi tələbilə küçələrə çıxıb.

XS
SM
MD
LG