Accessibility links

Qiymətlərin düşməsi neft hasilatının ixtisarına səbəb olub


Neft ixrac edən ölkələrin nazirlərinin neft qiymətlərinin düşməkdə davam etməsinə mane olmaq səyləri çərçivəsində neft hasilatını ixtisar edib. OPEK-in Əlcəzair yığıncağında rəsmilər gündəlik istehsalın iki milyon barrel azaldılacağını elan edib. Bu günlər neft qiyməti bir qədər qalxdıqdan sonra yenidən düşüb və bir barrel neftin qiyməti 44 dollar olub. Asiyanın səhm birjalarında isə ABŞ-ın Mərkəzi Bankının sələm faizlərini ixtisar etməsindən sonra qiymətlər bir qədər yüksəlib. Mərkəzi Bank sələm faizlərini 4-də 3 faiz azaltmaqla dərinləşməkdə olan iqtisadi tənəzzülün qarşısını almağa çalışır. Bundan əlavə kredit marketlərinə yardım məqsədi ilə dövriyyəyə əlavə vəsait buraxılacaq.

XS
SM
MD
LG