Accessibility links

Cenevrədə BMT-nin vasitəçiliyi ilə Gürcüstan və Rusiya arasında danışıqlar başa çatdı


Beynəlxalq ictimaiyyətin nümayəndələri avqust ayında münaqişədən sonra Gürcüstan və Rusiya diplomatları ilə təhlükəsizlik, habelə Cənubi Osetiya və Abxaziyada münaqişələrə görə yanramış qaçqınlar problemlərinin müzakirəsinə həsr olunmuş danışıqları bu gün başa çatdırblar. Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının Qafqaz üzrə xüsusi nümayəndəsi Heikki Talvitiye bu gün Cenevrədə müxbirlərə deyib ki, tərəflər mübahisələr və insidentlərin həlli mexanizminə dair razılığın əldə olunması istiqamətində inkişaf əldə ediblər. ATƏT-in nümayəndəsi deyib ki, müzakirələrin iştirakçıları yenidən fevral ayının 17-i və 18-i görüş keçirməyə razılı olublar.

XS
SM
MD
LG