Accessibility links

Ermənistanda müxalifət üzvləri məhkəməyə çıxarılıb


Ermənistanın sabiq xarici işlər naziri və müxalifətin digər 6 üzvü hakimiyyəti devirməyə cəhd ittihamları ilə Yerevan məhkəməsinə çıxarılıb. Müxalifəti dəstəkləyənlər məhkəmə binasının qarşısına toplaşıb və Aleksandr Arzumanyanla yanaşı digər müttəhimlər məhkəmə zalına daxil olan zaman “Biz sizinləyik” kimi şüarlar səsləndiriblər. Müttəhimləri fevral ayında Serj Sarkisyanın prezident seçilməsinə etiraz olaraq kütləvi aksiyalar təşkil etməkdə ittiham edirlər. Müxalifət seçkilərin saxtalaşdırıldığını bildirib. Polis və etirazçılar arasında toqquşmalar zamanı 10 nəfər həlak olmuşdu. Hökumət ölkədə fövqəladə vəziyyət elan etmiş, siyasi partiyaların fəaliyyətinə müvəqqəti qadağa qoyulmuş, yüzlərlə insan həbs edilmişdi.

XS
SM
MD
LG