Accessibility links

Əli Zərdarinin Əfqanıstan səfəri təxirə salınıb


Pakistan prezidenti Asif Əli Zərdari Əfqanıstana səfərini təxirə salıb. Səfər zamanı sərhəd bölgələrdə terrorizm əleyhinə fəaliyyətlərin gücləndirilməsinin müzakirə ediləcəyi gözlənilirdi. Cənab Zərdarinin günün sonunda Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşü planlaşdırılmışdı. Ancaq əfqan rəsmilər bu gün səhər deyiblər ki, səfər havanın pis olması səbəbilə təxirə salınıb. Onlar səfərin nə zaman baş tutacağını açıqlamayıb. Qeyd edək ki, bu həftə Peşəvər şəhərində Pakistanın Əfqanıstanda ABŞ və NATO qüvvələrini dəstəkləmisinin əleyhinə kütləvi etiraz aksiyaları olub. Pakistanın siyasi Camaat-e İslam partiyasından olan təxminən 5 min etirazçı ABŞ əleyhinə şüarlar səsləndirərək şəhərdə yürüş keçiriblər.
XS
SM
MD
LG