Accessibility links

Afinada iğtişaşlar davam edib


Yunanıstan polisi bildirib ki, 20-yə yaxın gənc tərəfindən Fransız Mədəniyyət və Dil Mərkəzinin pəncərələri sındırılıb. Afinada bu gün iğtişaşlar yenidən davam edib. Lakin rəsmilər xəsarət alanların olmadığını deyirlər. Aparıcı həmkarlar ittifaqları hökumətin 2009-cu il büdcəsinə etiraz əlaməti olaraq nümayişlər planlaşdırır. Cümə axşamı 7 000-ə yaxın nümayişçi Afinanın mərkəzində yürüş keçirib. Daha sonra yüzlərlə etirazçı nümayişdən ayrılaraq polisə daş və bombalar atıb.

XS
SM
MD
LG