Birləşmiş Ştatların növbəti prezidenti Barak Obama deyib ki, onun administrasiyası Amerikanın dünyada elm və texnologiya sahəsində liderliyini bərpa edəcək. Bu gün həftəlik radio müracitəində cənab Obama prezidentin elm və texnologiya sahəsində müşavirlər şurasının sədrliyinə Con Holdren, Harold Varmus və Erik Landeri təyin etdiyini deyib. O, Ceyn Lubçenkonu Milli Okeanoqrafiya və Atomosfer administrasiyasının sədri vəzifəsinə təyin etdiyini bildirib. Cənab Obama elmi ararşdırmaların əhəmiyyət kəsb etdiyini sahələri göstərərək, iqlim dəyişikliyi, müdafiə və sənaye sahələrini qeyd edib. Bu həftə əmək və nəqliyyat departamentlərinin rəhbərləri vəzifələrinə təyinatlar etməklə, cənab Obama yeni administrasiyada kabinetin formalaşdırılması prosesini başa çatdırıb.