Accessibility links

Corc Buş və Barak Obama avtomobilqayırma şirkətlərini tez zamanda yenidənqurma planı  hazırlamağa çağırır


ABŞ prezidenti Corc Buş və prezident seçilmiş Barak Obama avtomobilqayırma şirkətlərini hökumətin onlara yardım paketi verdiyini elan etdikdən sonra yenidənqurma işləri üçün tez bir zamanda plan hazırlamağa çağırıblar.

Həftəlik radio müraciətində prezident Buş deyib ki, onun administrasiyasının avtomobilqayırma şirkətlərinə yeni yardım proqramında yenidənqurma işləri aparmaq üçün onlara üç ay vaxt verilir. Cənab Buş dünən General Motors və Kraysler şirkətləri üçün 13.4 milyard dollarlıq yardım paketinin, fevral ayında isə daha 4 milyard dolların ayrılacağını elan edib.

ABŞ prezidenti seçilmiş Barak Obama dünən bildirib ki, şirkətlər sənayeni yenidən təşkil etmək üçün ağrılı prosesdən keçməli olacaqlar.

XS
SM
MD
LG