Accessibility links

İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinə dair qanun layihəsini rədd edib


İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ilin sonuna qədər ölkədə qalmasına icazə verilməsinə dair qanun layihəsini rədd edib. Qanun layihəsi ABŞ hərbi qüvvələrinin İraqda mövcudluğuna şamil olmur. Birləşmiş Ştatlar İraq hökumətilə hərbi qüvvələrin dekabrın 31-i BMT mandatı bitəndən sonra ölkədə qalması haqda razılıq imzalayıb. Qanun layihəsi Britaniya, Avstraliya, Estoniya, Rumıniya və El-Salvador hərbi qüvvələrinin İraqda mövcudluğunu müəyyənləşdirməli idi. Britaniya bu yaxınlarda may ayının sonuna qədər İraqdan hərbi qüvvələrini bütünlüklə çıxaracağını demişdi.

XS
SM
MD
LG