Rusiya qanunvericiləri ölkənin 83 vilayətinin ölkədə prezidentlik dönəminin müddətinin uzadılması barədə təklifini təsdiq edib. Son addım Vladimir Putinin yenidən Kremlə qayıdacağı haqda spekulyasiyalara əsas verib. Rusiya parlamentinin Yuxarı Palatası bu gün regional məclislərin prezidentlik müddətini 4 ildən 6 ilədək uzatmaq haqda qərarını təsdiqləyib. Ötən ay parlamentin hər iki palatası Rusiya prezidenti Dmitri Medvedevin dönəmi uzatmaq haqda müracətini təsiq etmişdi, hərçənd ki, bu uzatma Medvedevin hakimiyyət dönəminə təsir göstərməyəcək. Medvedev sənədə imza atdıqdan sonra konstitutsiyaya düzəliş qüvvəyə minəcək.