ATƏT bu ayın sonunda Gürcüstanda başa çatan müşahidəçi missiyasının Rusiya tərəfindən uzadılmasına
yol verilmədiyini bidlirir. Təşkilatın rəhbərliyini icra edən Finlyandiyanın
xarici işlər naziri Aleksandr Studd qərarı narahatedici adlandırıb. O, təşkilatın
müşahidəçi missiyasının daha üç ay uzadılacağına ümid etdiyini bildirib. Rusiya
isə Cənubi Osetiyanın Gürcüstanın digər bölgələri ilə heç bir əlaqəsi olmadığını
israr edərək, ATƏT-in missiyasının müddətinin
uzadılmasına mane olub. Rusiya həm Cənubi Osetiya, həm də Abxaziyanın müstəqil
dövlətlər olduğunu deyir. ABŞ Dövlət
Departamenti isə Rusiyanın qərarını tənqid edərək, bunun regiondakı gərginliklər və humanitar vəziyyəti ağırlaşdırdığını bildirir.