Accessibility links

Növbəti vitse-prezident Co Bayden yeni komanda ilə görüşüb


Birləşmiş Ştatların növbəti vitse presidenti Co Bayden deyib ki, Ağ Evə gəlməkdə olan yeni iqtisadi komanda stimullaşdırma planının inkişafı sahəsində işlər görür. Dünən iqtisadiyyat üzrə yeni komanda ilə görüş keçirən Co Bayden Amerikada son zamanlar gözlənildiyindən daha çox iş itirildiyini deyib və buna görə də stimullaşdırma paketinin lazım olduğunu vurğulayıb.

Klinton administrasiyasının keçmiş maliyyə naziri Larri Sammers Obamanın Milli İqtisadiyyat üzrə müşaviridir. O, təcili surətdə addımlar atılmalı olduğunu deyib və bildiidb ki, iri siyasi plan olmadan Amerika iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bvəri ən dərin böhranını yaşayacaq.

Vitse-prezident Co Bayden yeni administrasiyanın və Kongres liderlərinin stimullaşdırma planının təsdiqinə çox yaxın olduqlarını deyib. Qeyd edək ki, stimullaşdırma planının həyata keçirilməsi üçün təqribən 650-850 milyard dollar məbləğində pula ehtiyac var.

XS
SM
MD
LG