Accessibility links

Asiya marketlərində qiymətlər düşməkdədir


ABŞ iqtisadiyyatına dair pis xəbərlər yayıldıqca, Asiya marketlərində qiymətlər düşməkdədir. Yaponiyanın Nikkey indeksi 200 xal itirmiş, Seul və Şanxayın səhm birjalarında enmələr müşahidə edilmişdir. Bundan əlavə Asiyanın aparıcı şirkətlərində də tənəzzel qeydə alınır. Yaponiyanın Toyota şirkəti səhmlərinin 4%-ni itirib.

Amerika hökuməti cari ilin iyul, avqust və sentyabr aylarında ümumdaxil məhsul istehsalı yarım faiz azaldığını bildirir. Əmək Departamentinin məlumatına əsasən 586 000 adam ötən həftə işsizlik kompensasiyası üçün müraciət edib. Başqa xəbərdə isə ABŞ istehlakçılarının xərclərinin 5-ci ay azaldığını göstərir. Bu, son yarım əsrdə ən aşağı göstəricidir.

XS
SM
MD
LG