ABŞ-ın növbəti prezidenti Barak Obama üçün hazırlanan hesabatda onun yardımçılarının Obamanın Senatdakı yerini satmaq cəhdində günahlandırılan İllinoiz qubernatoru Rod Blaqoyeviclə heç bir əlaqəsi olmadığı açıqlanıb. Obamanın hüquq müşaviri Greg Greynin açıqladığı hesabatda bildirilir ki, Barak Obamanın iki yüksək səlahiyyətli yardımçısı- Rahim Emanuel və Valeri Carret federal təhqiqatla bağlı sorğu-suala çəkilib. Hesabatda həmçinin Barak Obamanın prezident seçkilərindəki qələbəsindən sonra Senatda boşalan yeri ilə bağlı heç bir müzakirə keçirmədiyi deyilir. Sənəddə Obamanın Ağ Evin İcra Aparatının rəhbərliyinə nominasiya etdiyi Emanuelin Blaqoyevişlə Senata potesial namizəd barədə telefon söhbəti keçirdiyi bildirilir. Lakin söhbət zamanı kabinetə və ya Senata kiminsə təyin edilməsinə dair müzakirələr keçirilmədiyini deyilir.