Accessibility links

Ukraynanın Yevpatoriya şəhərindəki yaşayış binasında partlayış baş verib


Ukrayna rəsmilərinin bildirdiyinə görə, Krımın kurort şəhəri Yevpatoriyadakı yaşayış binasında baş verən partlayış zamanı iki uşaq daxil edilməklə, 19 nəfər ölüb. Hadisə zamanı azı 24 nəfərin də itkin düşdüyü xəbər verilir. Xilasetmə dəstələri bu gün partlayan beşmərtəbəli binanın dağıntıları altından sağ qalanların axtarışını aparır. İndiyədək 21 nəfərin xilas edildiyi bildirilir. Ukraynanın baş naziri Yulia Timoşenko və prezident Viktor Yuşenkonun hadisə ilə yaxından tanış olmaq üçün bu gün Yevpatoriyaya yola düşdükləri bildirilir. Rusiya prezidenti Dmitri Medvedev də xilasetmə dəstələrinə kömək məqsədi ilə oraya hərbi dəniz qüvvələrinin nümayəndələrinin göndərilməsi üçün göstəriş vermişdir.

XS
SM
MD
LG