ABŞ-ın “USA Today” qəzetinin keçirdiyi sorğunun nəticəsinə görə, Amerikanın növbəti prezidenti Barak Obama dünyada ən çox rəğbət göstərilən şəxsdir. Respondentlərin üçdə iki hissəsi Obamanı birinci və ya ikinci seçim kimi göstərib. Sorğunun bu gün açıqlanan nəticələrinə əsasən son 50 ildə ilk dəfə olaraq president seçilmiş şəxs illik sorğuda ön sırada gedir. Amerika prezidenti Corc Buş 7 illik birinciliyini itirib. ABŞ dövlət katibi vəzifəsinə nominasiya edilən Hillari Klinton isə böyük rəğbət qazanan qadınlar arasında birinci yerdədir. Qadınlar siyahının ikinci yeri Alyaska qubernatoru Sara Peylinə verilib. Respublikaçı senator Makkeyn isə kişilər arasında üçüncü yerdədir.