Cənubi
Koreya prezidenti bildirir ki, onun ölkəsinin iqtisadiyyatı 1997-ci il Asiya
maliyyə böhranından bəri 2009-cu ilin birinci rübündə kiçilə bilər. Prezident Li Myunq-bak deyib ki, hərçənd ki,
ümumilikdə 2009-cu ildə Cənubi Koreya iqtisadiyyatının genişlənəcəyi
gözlənilir, mümkündür ki, ilk iki kvartal ərzində iqtisadiyyat kiçilsin. O, buna səbəb kimi qlobal iqtisadi yavaşımanı
və Cənubi Koreyanın xarici bazarlardan asılılığını göstərib. Bu ayın əvvəlində Cənubi Koreyanın mərkəzi
bankı proqnozlaşdırmışdı ki, iqtisadiyyat ilk yarım il ərzində 0,9 faiz, ilin
ikinci yarısında isə 3.9 faiz artacaq.