Accessibility links

Bağdadda bomba partlayışında 22 nəfər ölüb


Iraq polisinin bildirdiyinə görə, Bağdadda bir avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində ən azı 22 nəfər ölüb.

Polisin məlumatına görə, daha 54 nəfər isə əsasən şiələrin yaşadığı bir rayonda avtobus stansiyasında baş vermiş partlayışda yaralanıb.

Cümə günü polis ölkənin qərbindəki Əl-Ənvar vilayətində qaçıb gizləndiyi ehtimal olunan Əl-Qaidə liderlərinin axtarışı üçün komendant saatı elan etmişdilər.

13 nəfərin ölümündə ittiham olunan bu üç yaraqlı həmin gün Ramadidə Əl-Fürsan polis məntəqəsindən qaçıblar. Polis rəisi general mayor Tareq Yusuf deyir ki, yaraqlılar qaçmazdan əvvəl məntəqə nəzarətçisini öldürüblər.

XS
SM
MD
LG