Accessibility links

Kosovo albanların həbslərinə etiraz edir


Kosovo parlamentinin spikeri Serbiyadan müharibə cinayətlərində ittiham olunan 10 albanın buraxılmasını tələb edir. Yakup Krasniki həbsləri pisləyərək Serbiyanın bu addımını onun ölkəsini qıcıqlandırmaq cəhdi kimi dəyərləndirib. Serbiya polisi bu adamları Cümə günü albanların məskunlaşdığı cənubi Presevo şəhərində axtarış apardıqdan sonra həbs edib. Serbiya rəsmiləri tutulanları Kosovo Azadlıq Ordusunun üzvləri olmaqda və müharibə zamanı cinayətlər törətməkdə ittiham edir. Serbiya daxili işlər naziri İviça Daciç həbslərin təhlükəsizlik riski törətmədiyini önə çəkmiş, eyni zamanda qisas aktlarının ola biləcəyini etiraf etmişdir.
XS
SM
MD
LG