Accessibility links

Pakistanda seçki məntəqəsi partladıldı


Pakistan polisinin məlumatına görə, ölkənin şimal qərbində baş vermiş bomba partlayışı nəticəsində ən azı 10 adam ölüb, digər bir neçə nəfər isə yaralanıb.

Rəsmilər deyirlər ki, partlayış bu gün Buner şəhərində yerli məktəblərdən birində yaradılmış seçki məntəqəsinə gələn seçiciləri hədəf alıb. Bu səsvermə Milli Assambleyaya əlavə yer uğrunda aparılır.

Əl Qaidə və Taliban yaraqlıları son 4 ildə Pakistanın şimal qərbində xüsusilə də Əfqanıstanla sərhəd ərazilərdə fəaliyyətlərini genişləndiriblər.

XS
SM
MD
LG