Accessibility links

Bir qrup alban 30 gün müddətinə nəzarət altında saxlanılacaq


Belqrad məhkəməsi 1990-cı illərin münaqişəsi zamanı qətl, zorlama və işgəncəyə dair istintaqın başa çatdırılmasınadək bir qrup alban partizanının 30 gün müddətinə nəzarət altında saxlanmasına qərar verib. Müharibə cinayətləri məhkəməsinin sözşüsü İvana Ramiç bildirib ki, hökm ittihamların ciddiliyi və şübhəlilərin qaçmaq riskinə görə bu gün çıxarılıb. Serbiya polisi tərəfindən bu 10 nəfər ötən cümə günü Serbiyanın Presevo şəhərində həbs edilib. Saxlanılanların Kosovo Azadlıq Ordusunun üzvləri olduğu bildirilir. Kosovo parlamentinin spikeri Yakup Krasniqi onların təcili şəkildə azadlığa buraxılmasını tələb edərək, həbsləri Kosovo hökumətinə qarşı təhrikçilik kimi qiymətləndirib.

XS
SM
MD
LG