Accessibility links

Almaniya zorakılıqlara görə Həması günahlandırır


Almaniya İsraillə zorakılıqların artmasına görə Fələstinin Həmas qrupunu günahlandırıb. Almaniya kansleri Angela Merkel İsraili Qəzza zolağına qarşı hücümlar zamanı mülki vətəndaşların ölümünə yol verməməyə çağırıb. Dünən BMT-nin baş katibi Pan Gi Mun Qəzzada zorakılıqların dayandırılmasına, regionda sakitliyin bərpasına səsləyib. Baş katib zorakılıqların artması və təlafata görə təəssüfləndiyini bildirib. BMT-nin Təhlükəsizlik Şurası də fövqəladə yığıncaqdan sonra zorakılıqlara son qoyulmasına çağırıb. ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, Buş administrasiyası iğtişaşlara görə Həmasın məsuliyyət daşıdığını bildirib.

XS
SM
MD
LG